...

BMT Təhlükəsizlik Şurası Mərkəzi Afrika Respublikasında sülhməramlı missiyasını uzadıb

Dünya xəbərləri Materials 13 Noyabr 2020 08:01 (UTC +04:00)

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası BMT-nin Mərkəzi Afrika Respublikasındakı Stabilizasiya Missiyasının səlahiyyətlərini bir il müddətinə uzadıb.

Trend-in məlumatına görə, bununla bağlı müvafiq qətnamə qəbul edilib.

Qəbul edilmiş qətnaməyə görə, 2020-2021-ci illərdə BMT missiyası "MAR hakimiyyətinə dinc prezident, parlament və regional seçkilərin hazırlanması və keçirilməsində yardım göstərəcək".

Qeyd edək ki, MAR-da BMT-nin ən çox sayda missiyasından biri, 11 650 sülhməramlı da daxil olmaqla fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti