...

Türkiyədə koronavirusdan sağalanların sayı 359 mini keçib

Dünya xəbərləri Materials 17 Noyabr 2020 23:01 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 359 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 103 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 704 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 3 819 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 421 413 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 688 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 359 063 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti