...

Paşinyanın tərəfdarları etirazçıları maşınla əzir (VİDEO)

Dünya xəbərləri Materials 19 Noyabr 2020 15:14 (UTC +04:00)
Paşinyanın tərəfdarları etirazçıları maşınla əzir (VİDEO)

Bakı. Trend:

Yerevanda davam edən etiraz aksiyası zamanı naməlum şəxs avtomobili yolu bağlayan etirazçıların üzərinə sürüb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, naməlum şəxs avtomobili əvvəlcə etirazçıların qarşısında saxlasa da sonra qəflətən hərəkət edib.

Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb. Hazırda polis sürücünün axtarışlarını həyata keçirir.

Qeyd edək ki, baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar Yerevanın mərkəzi küçələrini bağlayıb. Polis 20-dən çox etirazçını saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti