...

Türkiyədə koronavirusdan sağalanların sayı 364 mini keçib

Dünya xəbərləri Materials 19 Noyabr 2020 22:35 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 364 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 123 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 943 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 4 542 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 430 170 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 918 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 364 573 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti