...

Türkiyədə koronavirusdan sağalanların sayı 404 mini keçib

Dünya xəbərləri Materials 1 Dekabr 2020 00:14 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 404 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 188 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 13 746 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 514 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 500 865 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 4 485 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 404 727 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti