Bakı. Trend:
ABŞ-da koronavirusa yoluxanların sayı 18 milyona çatıb.
Trend-in məlumatına görə, bu barədə beynəlxalq təşkilatlar, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Con Hopkins Universiteti bildirib.
Məlumata əsasən, pandemiya başlayadandan bəri və bu günə qədər ABŞ-da 18 006 061 nəfər koronavirusa yoluxub.
ABŞ-da ümumilikdə 319 190 nəfər koronavirus səbəbindən ölüb.