...

Aİ ərazisində növbəti vaksinin tətbiqinə icazə verilib

Dünya xəbərləri Materials 6 Yanvar 2021 17:33 (UTC +04:00)
Aİ ərazisində növbəti vaksinin tətbiqinə icazə verilib

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa Dərman Preparatları Agentliyi (EMA) ABŞ-ın "Moderna" koronavirus vaksininin qeydiyyata alınmasını tövsiyə edib.

Trend-in məlumatına görə, bu barədə agentliyin bəyanatında deyilir.

Qeyd olunur ki, bu vaksin 18 yaşdan yuxarı bütün şəxslərin istifadəsi üçün tövsiyə olunur.

"Moderna" vaksini EMA-nın təsdiq etdiyi ikinci koronavirus vaksini olub.

Ötən ay EMA "Pfizer-BioNTech" vaksinin istifadəsinə icazə vermişdi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti