...

Britaniya parlamenti ölkədə karantin rejiminin tətbiq edilməsini dəstəklədi

Dünya xəbərləri Materials 7 Yanvar 2021 06:19 (UTC +04:00)
Britaniya parlamenti ölkədə karantin rejiminin tətbiq edilməsini dəstəklədi

Bakı. Trend:

Böyük Britaniya Parlamentinin İcmalar Palatası ölkədə 4 yanvar tarixində Baş nazir Boris Conson tərəfindən elan edilən karantin rejiminin tətbiq edilməsini dəstəklədi.

Trend-in məlumatına görə, 524 millət vəkili sərt məhdudiyyətlərin tətbiq edilməsinin vacib olduğunu deyib, 16 nəfər isə bunun əleyhinə çıxış edib.

Parlament tərəfindən təsdiqlənən tədbirlər paketi 31 mart tarixinədək nəzərdə tutulub, lakin B.Jonson mümkün olduğu halda hakimiyyət orqanlarının bu tarixdən əvvəl məhdudiyyətləri ləğv etməyə başlayacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti