...

Kolumbiyada yanğın baş verib, 7 nəfər ölüb

Dünya xəbərləri Materials 10 Yanvar 2021 03:14 (UTC +04:00)
Kolumbiyada yanğın baş verib, 7 nəfər ölüb

Bakı. Trend:

Kolumbiyanın şərqində baş verən yanğın nəticəsində ən azı yeddi nəfər ölüb, dörd nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə El Tiempo qəzeti bildirib.

Məlumata əsasən, hadisə Kukuta şəhərində baş verib. Yanğın üç evi və dörd avtomobili əhatə edib.

Yeddi nəfər yerində ölüb, daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar ən yaxın xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, yanğın qısa qapanmadan baş verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti