...

Qırğızıstanda referendum baş tutdu. Saat 16:00 üçün seçici aktivliyi 33,08 faiz təşkil edib - MSK

Dünya xəbərləri Materials 10 Yanvar 2021 17:13 (UTC +04:00)
Qırğızıstanda referendum baş tutdu. Saat 16:00 üçün seçici aktivliyi 33,08 faiz təşkil edib - MSK

Bakı. Trend:

Qırğızıstanda keçirilən refendumda seçici aktivliyi saat 18:00 üçün (Bakı vaxtı ilə saat 16:00) 33,08 faiz təşkil edib.

Trend-in məlumatına görə, bunu Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurjan Şayldabekova mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, referendumda 1 178 656 vətəndaş səs verib.

Beləliklə, Qırğızıstanda keçirilən referendumu baş tutmuş saymaq olar. Qanuna əsasən, seçicilərin 30 faizindən çoxu səs verdiyi halda referendum baş tutmuş sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti