...

Dağıstanda 50-dən artıq uşaq zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 13 Yanvar 2021 08:55 (UTC +04:00)
Dağıstanda 50-dən artıq uşaq zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Dağıstanın Buynaksk şəhərində 50-dən artıq uşaq zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə şəhər administrasiyasının "İnstagram" səhifəsində bildirilir.

Məlumata əsasən, xəstəxanaya yerləşdirilən uşaqlara qida zəhərlənməsi diaqnozu qoyulub.

Eyni zamanda qida zəhərlənməsinə səbəb olan mənbə müəyyən edilənə qədər şəhər sakinlərinə çiy sudan isteifadə etməmələri tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti