...

İndoneziyada təbii fəlakətlərlə əlaqədar 15 min nəfər təxliyə edilib

Dünya xəbərləri Materials 15 Yanvar 2021 15:46 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

İndoneziya hökuməti ard-arda zəlzələlərin baş verdiyi Qərbi Sulavesi əyalətində 15 minə yaxın sakini təxliyə edib.

Trend-in məlumatına görə, indiyədək zəlzələlər nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Yeraltı təkanlar 300-dən çox binaya ziyan vurub, regionda işıqlar və rabitə kəsilib.

Qeyd edək ki, Qərbi Sulavesi əyalətində 5,9 və 6,2 bal gücündə zəlzələlər baş verib. Daha sonra 28 afterşok qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti