...

Çili sahillərində 7 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 24 Yanvar 2021 04:17 (UTC +04:00)

Bakı. Trend:

Çili sahillərində 7 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Punta-Arenas şəhərindən 1 328 kilometr cənub-şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti