...

Fransada koronavirusdan ölənlərin sayı 75 minə çatır

Dünya xəbərləri Materials 29 Yanvar 2021 08:25 (UTC +04:00)
Fransada koronavirusdan ölənlərin sayı 75 minə çatır

Bakı. Trend:

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 23 770 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 130 629 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 348 nəfər ölüb, ölənlərin ümumi sayı 74 800 nəfər təşkil edir.

Bildirilir ki, koronavirusa qarşı vaksinasiya kampaniyası çərçivəsində son sutka 117 734 nəfər, ümumilikdə isə 1 349 517 nəfər peyvənd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti