...

“Pfizer” peyvəndinin birinci partiyası Gürcüstana fevralın 1-də gətiriləcək

Dünya xəbərləri Materials 31 Yanvar 2021 20:51 (UTC +04:00)
“Pfizer” peyvəndinin birinci partiyası Gürcüstana fevralın 1-də gətiriləcək

Bakı. Trend:

Fevralın 1-də Gürcüstana “Pfizer” şirkəti tərəfindən istehsal olunmuş koronavirus peyvəndinin birinci partiyası gətiriləcək.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamara Qabunia məlumat verib.

Onun sözlərinə görə, fevralın ortalarında ölkəyə daha 29 250 doza “Pfizer” vaksini gətiriləcək. Nazir müavininin sözlərinə görə, vaksinin ilk partiyası səhiyyə işçiləri üçün nəzərdə tutulub.

Bundan əlavə, "AstraZeneca" şirkəti tərəfindən istehsal olunmuş 180-300 min doza koronavirus peyvəndi isə mart ayının ilk yarısında gətiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti