...

Somalidə çəyirtkələrə görə fövqəladə vəziyyət elan edilib

Dünya xəbərləri Materials 4 Fevral 2021 14:56 (UTC +04:00)
Somalidə çəyirtkələrə görə fövqəladə vəziyyət elan edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Somalidə səhra çəyirtkələrinin hücumu ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Trend-in məlumatına görə, çəyirtkələr əsasən ölkənin cənub rayonlarına hücum edib.

Bölgədə fövqəladə vəziyyət Somalinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən elan olunub.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib ki, Somalinin cənubunda son günlər yağan aramsız yağış və küləklər çəyirtkələrin yayılmasına münbit şərait yaradıb.

Qeyd olunur ki, çəyritkələr məhsulun tam itirilməsinə təhdiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti