...

ABŞ-da qar uçqunu nəticəsində dörd nəfər ölüb

Dünya xəbərləri Materials 7 Fevral 2021 07:27 (UTC +04:00)
ABŞ-da qar uçqunu nəticəsində dörd nəfər ölüb

Bakı. Trend:

ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhəri yaxınlığındakı dağlarda qar uçqunu nəticəsində 4 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə ABC telekanalı yerli hüquq-mühafizə orqanlarına istinadən bildirib.

Polis idarəsi nümayəndəsi Melodiya Katler deyib ki, dörd nəfər qaçmağı bacarıb. Onlar yüngül xəsarətlər alıblar.

Qeyd edək ki, yerli hakimiyyət orqanları bundan öncə bölgədə qar uçqunu təhlükəsi olduğunu xəbərdar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti