ABŞ-da 100 avtomobil toqquşub, xeyli sayda ölən və yaralananlar var

Bakı. Trend:
ABŞ-ın Texas ştatında ağır zəncirvari qəza olub.
Trend-in məlumatına görə, Texasın mərkəzi magistral yollarından birində təxminən 100 avtomobil toqquşub. Qəzaya səbəb yolun buzlaşması olub.
Yol qəzasında 6 nəfər ölüb, daha 36 nəfər xəstəxanalara yerləşdirilib.