...

Türkiyədə son sutkada koronavirusdan 6 910 nəfər sağalıb

Dünya xəbərləri Materials 15 Fevral 2021 01:21 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 6 910 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 94 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 471 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 287 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 586 183 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 6 910 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 475 329 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti