...

ÜST: Dünyada ötən sutka koronavirusa 363 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 19 Fevral 2021 02:23 (UTC +04:00)
ÜST: Dünyada ötən sutka koronavirusa 363 mindən çox yoluxma qeydə alınıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 363 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 363 654 nəfər yeni koronavirusa yoluxub, 9 619 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 109 594 835, ölənlərin isə 2 424 060 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti