...

Hindistanda koronavirusa yoluxanların sayı 11 milyon nəfərə çatır

Dünya xəbərləri Materials 21 Fevral 2021 10:21 (UTC +04:00)
Hindistanda koronavirusa yoluxanların sayı 11 milyon nəfərə çatır

Bakı. Trend:

Hindistanda ötən sutka ərzində koronavirusa 14 264 yoluxma halı qeydə alınıb, 90 nəfər koronavirusdan ölüb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 10 991 651 nəfərə çatıb.

Məlumata əsasən, hazırkı dövrədək koronavirusa yoluxanlardan 156 302 nəfəri vəfat edib, 10 689 715 nəfəri isə sağalıb.

Bildirilir ki, son sutka koronavirusun müəyyən edilməsi üçün 670 050, ümumilikdə isə 210 931 530 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti