...

Filippində fırtına səbəbilə 50 mindən artıq insan təxliyə edilib

Dünya xəbərləri Materials 21 Fevral 2021 21:24 (UTC +04:00)
Filippində fırtına səbəbilə 50 mindən artıq insan təxliyə edilib

Bakı. Trend:

Filippinin bir neçə əyalətində "Dutszyuan" fırtınasının yaxınlaşması nəticəsində baş verən daşqınlar səbəbilə 51 min insan təxliyə edilib.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarədən bildiriblər.

Məlumata əsasən, cari ilin ilk tropik fırtınası Filippin sahillərinə fevralın 22-si çatacaq. Sahilə çatana qədər fırtınanın tropik depressiyaya qədər zəifləyəcəyi istisna edilmir.

Bildirilir ki, yerli vaxtla saat 19:00 üçün fırtınanın episentri Suriqao şəhərindən 275 kilometr şərqdə olub və şimal-qərb istiqamətində hərəkət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti