...

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya xəbərləri Materials 27 Fevral 2021 08:59 (UTC +04:00)
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. Trend:

ABŞ-ın Holl dairəsində (Corciya ştatı) birmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər həlak olub.

Məlumata əsasən, Qeynsvil aeroportundan havaya qalxan təyyarə Deytona-Biç şəhərinə uçurmuş. Qəza yerinə gələn xilasedicilər hadisə yerində 3 nəfərin meyitini aşkarlayıblar.

Bildirilir ki, yanacaq sızması səbəbindən qəza yerinin yaxınlığında yerləşən bir yaşayış evinin sakinləri təxliyyə edilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti