Bakı. Trend:
Avropa Komissiyasının sədri Ursula fon der Layen Avropa İttifaqının aprel ayından etibarən hər ay müxtəlif istehsalçılardan təxminən 100 milyon doza koronavirus peyvəndi alacağını gözləyir.
Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə komissiya sədri "Stuttgarter Nachrichten" qəzetində dərc olunan müsahibəsində deyib.
"Aprel ayından etibarən [peyvənd dozalarının] sayı istehsalçıların planlaşdırdığına əsasən iki qat artacaq" - fon der Layen bildirib. Onun sözlərinə görə, bu, xüsusilə Aİ-də yeni peyvəndlərin istifadəsinin təsdiqlənməsi ilə bağlıdır.
Martın 11-də Avropa dərman vasitələri agentliyi (EMA) "Johnson & Johnson" istehsalı olan vaksinin təsdiqlənməsini tövsiyə etməyi planlaşdırır.