...

İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 8 Mart 2021 14:56 (UTC +04:00)
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 99 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 60 786 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 313 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 698 005 nəfərə çatıb. Virus daşıyıcılarından 3 804 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 1 449 350 nəfər koronavirusdan sağalıb. 11,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti