...

"Apple" "iPhone" istehsalını 20 faiz azaldacaq

Dünya xəbərləri Materials 10 Mart 2021 13:28 (UTC +04:00)
"Apple" "iPhone" istehsalını 20 faiz azaldacaq

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın "Apple" şirkəti 2021-ci ilin birinci yarısında yeni "iPhone" smartfonlarının istehsalını təxminən 20 faiz azaldacaq.

Trend-in məlumatına görə, əsasən "iPhone 12 mini" modellərinin istehsalı azaldılacaq.

Buna kiçik ekran və akkumluyatorla bağlı problemlərə görə həmin modellərə tələbin az olması səbəb olub.

Qeyd olunur ki, "Apple" ötən il şirkətin podratçılarına 96 milyona yaxın "iPhone 12", "iPhone 11" və "iPhone SE" smartfonları üçün komponent hazırlamaq sifarişi vermişdisə, daha sonra bu rəqəmi 75 milyonadək azaldıb.

Eyni zamanda bəzi podratçılara "iPhone 12 mini" modelləri üçün detalların hazırlanmasını dayandırmaq tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti