...

Ermənistanda koronavirusa yoluxanların sayı 178 min nəfəri ötüb

Dünya xəbərləri Materials 14 Mart 2021 11:45 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda ötən sutka ərzində yeni növ koronavirusa 486 yoluxma halı qeydə alınıb, 2 nəfər koronavirusdan ölüb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 178 385 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 3 255 nəfər ölüb, 166 180 nəfər isə sağalıb. Hazırda 8 113 nəfərin müalicəsi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti