...

Fransada avtomobil 18 velosipedçini vurub

Dünya xəbərləri Materials 18 Mart 2021 04:17 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Luara departamentində şəhərətrafı magistral yolda avtomobil velosipedçiləri vurub.

Trend-in məlumatına görə, bu barədə France Bleu radiosu xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində ən azı 18 velosipedçi yaralanıb. Vəziyyəti ağır olan yaralılardan biri xəstəxanaya çatdırılıb.

Yerli idman klubuna aid olan bir qrup velosipedçi 14 azyaşlı və dörd böyük yaşda müşahidəçidən ibarət olub. Ən ağır xəsarətləri 14 yaşlı yeniyetmə alıb, O, Sent-Etyen xəstəxanasına aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti