...

"Pfizer-BioNTech" koronavirus vaksininin uşaqlar üzərində sınaqlarına başlayıb

Dünya xəbərləri Materials 26 Mart 2021 12:32 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

"Pfizer-BioNTech" şirkətləri eyniadlı koronavirus vaksininin uşaqlar üzərində kliniki sınaqlarına başladığını elan edib.

Trend-in məlumatına görə, bunu "Pfizer"in nümayəndəsi bildirib.

Sınaqlarda 6 aydan 11 yaşınadək olan 4,5 minə yaxın uşağın iştirakı nəzərdə tutulub. Şirkət nümayəndəsi sınaqlar çərçivəsində ilk dozaların vurulduğunu deyib.

Prosedur zamanı vaksinin üç müxtəlif dozası sınaqdan keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti