...

BƏƏ Çin vaksininin istehsalına başlayacaq

Dünya xəbərləri Materials 29 Mart 2021 13:35 (UTC +04:00)
BƏƏ Çin vaksininin istehsalına başlayacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin "Sinofarm" şirkətinin koronavirus vaksinlərinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istehsalı başlayacaq.

Trend-in məlumatına görə, bunun üçün paytaxt Əbu-Dabidə bu il yeni zavod inşa olunacaq.

Zavodun ildə 200 milyon doza vaksin istehsal etməsi planlaşdırılır.

BƏƏ-də istehsal olunacaq vaksinlər "Hayat-Vax" adını daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti