...

Myanmada toqquşmalarda ölənlərin sayı 557 nəfərə çatıb

Dünya xəbərləri Materials 3 Aprel 2021 21:55 (UTC +04:00)
Myanmada toqquşmalarda ölənlərin sayı 557 nəfərə çatıb

Bakı. Trend:

Myanmada etirazçılar və güc strukturları əməkdaşları arasında toqquşmalar davam edir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, fevralın 1-dən davam edən toqquşmalar nəticəsində ölənlərin sayı 557 nəfərə çatıb.

Məlumata əsasən, son sutkada saxlanılan etirazçılardan 110 nəfəri azad edilib, 2 658 etirazçı hələ də həbsxanadadır. Bundan əlavə 38 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 235 nümayişçinin saxlanılması ilə bağlı qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti