...

NATO öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb

Dünya xəbərləri Materials 15 Aprel 2021 00:51 (UTC +04:00)
NATO öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb

Bakı. Trend:

NATO rəsmi olaraq öz ordusunun Əfqanıstandan çıxarılma prosesinə başlayıb. Bu qərar Alyansın Xarici İşlər Naziri ilə Müdafiə Nazirliyi başçıları arasında keçirilən videokonfrans zamanı qəbul edildi.

Trend-in məlumatına görə, bu barədə DPA agentliyi öz mənbələrinə istinadən bildirib.

NATO-nun qərarı Amerika tərəfinin 11 sentyabr tarixinə qədər ABŞ ordusunu Əfqanıstandan çıxarmaq niyyətini elan etməsindən sonra verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti