...

ABŞ-da "Johnson & Johnson" peyvəndi ilə bağlı qərar təxirə salınıb

Dünya xəbərləri Materials 15 Aprel 2021 05:08 (UTC +04:00)
ABŞ-da "Johnson & Johnson" peyvəndi ilə bağlı qərar təxirə salınıb

Bakı. Trend:

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin mütəxəssisləri görüş zamanı "Johnson & Johnson" şirkətinin peyvəndinin istifadəsi üçün yeni tövsiyələrdən imtina ediblər.

Trend-in məlumatına görə, bu barədə NBC televiziya şirkəti xəbər verib.

Qeyd edilib ki, həmin peyvəndin istifadəsi aprelin 13-də dayandırılıb.

Mütəxəssislər "Johnson & Johnson" peyvəndi ilə tromboz halları arasında mümkün bir əlaqə haqqında kifayət qədər məlumat olmadığına qərar verdilər və qərarın verilməsini təxirə salıblar. Onlar bir həftə ərzində tövsiyələr hazırlamaq üçün yenidən bir araya gəlmək niyyətindədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti