...

Nyu-York polisi mümkün olan etirazlara görə 12 saatlıq növbələrə keçəcək

Dünya xəbərləri Materials 15 Aprel 2021 06:11 (UTC +04:00)
Nyu-York polisi mümkün olan etirazlara görə 12 saatlıq növbələrə keçəcək

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhər polisi kütləvi iğtişaşlar riskinin artması səbəbindən 19 aprel tarixindən etibarən 12 saatlıq növbəyə keçəcək.

Trend-in məlumatına görə, bu barədə "New York Post" meqapolisin polis idarəsinin daxili sərəncamına istinadən bildirib.

Sənəddə yeni qaydaların qüvvədə olma müddəti göstərilməyib. Qeyd olunub ki, 12 saatlıq növbələrin ləğvi barədə qərar mövcud vəziyyətə əsasən veriləcək. Sənəddə polis əməkdaşlarının sentyabr ayına qədər məzuniyyətə çıxması da qadağandır.

Növbələrin davamlığında artım afroamerikalı Dante Raytın Minnesota həbsxanasında tutulması zamanı ölümündən sonra ABŞ-da baş verən yeni bir etiraz dalğası fonunda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti