...

Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb

Dünya xəbərləri Materials 16 Aprel 2021 21:51 (UTC +04:00)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb

Bakı. Trend:

Qazaxıstanda Su-30SM qırıcısı Balxaş şəhərində yerləşən təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir: "Təlim uçuşları zamanı çoxfunksiyalı Su-30SM qırıcısı Balxaş şəhərinin aviasiya təlim mərkəzində eniş edərkən qəzaya uğrayıb. Təyyarənin heyəti katapul edib, onlar sağdırlar və həkimlərin nəzarəti altındadırlar".

Qeyd edilir ki, hadisə yerinə qəzanın səbəbini müəyyən etmək üçün xüsusi komissiya cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti