...

İsrail Qəzza zolağından raket atəşinə tutulub

Dünya xəbərləri Materials 26 Aprel 2021 06:20 (UTC +04:00)
İsrail Qəzza zolağından raket atəşinə tutulub

Bakı. Trend:

Qəzza zolağından İsrail istiqamətində üç raket atılıb, onlardan ikisi hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti "Twitter" səhifəsində bildirib.

Məlumatda deyilir: "Qəzza zolağında terrorçular tərəfindən İsrailə üç raket atılıb: iki raket "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib, bir buraxılış uğursuz olub və raket Qəzzada partlayıb".

Qeyd edilir ki, aprelin 23-dən 24-ə keçən gecə 2020-ci ilin fevralından bəri İsrail əleyhinə ən güclü raket hücumu baş verib, bir gündə Qəzzadan yəhudi dövlətinə təxminən 80 mərmi atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti