...

Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başlayıb

Dünya xəbərləri Materials 30 Aprel 2021 11:55 (UTC +04:00)
Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Qırğızıstanla Tacikistan sərhədində atışma yenidən başlayıb.

Trend-in məlumatına görə, bunu Qırğızıstanın Batken vilayətinin Daxili İşlər İdarəsi bildirib.

Qeyd olunur ki, atışma bir saata yaxın davam edib.

Xatırladaq ki, ötən gün Qırğızıstan və Tacikistan hərbi birləşmələri arasında altı saata yaxın atışma olub. İnsident nəticəsində hər iki tərəfdən ümumilikdə 20 nəfər həlak olub, 150-dən çox şəxs yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti