...

Qırğızıstan və Tacikistan daxili işlər nazirlikləri sərhəd tənzimlənməsi ilə bağlı razılığa gəlib

Dünya xəbərləri Materials 1 May 2021 14:36 (UTC +04:00)
Qırğızıstan və Tacikistan daxili işlər nazirlikləri sərhəd tənzimlənməsi ilə bağlı razılığa gəlib

Bakı. Orxan Nəbiyev - Trend:

Qırğızıstan daxili işlər nazirinin birinci müavini Suyun Omurzakov Tacikistan daxili işlər nazirinin müavini Nozim İbrohimzoda ilə görüşüb.

Trend-in məlumatına görə, görüş zamanı tərəflər sərhəd boyunca vəziyyətin sabitləşdirilməsi ilə bağlı razılıq əldə ediblər.

Qeyd olunur ki, hazırda münaqişə bölgəsindəki vəziyyətin tam tənzimlənməsi üçün tədbirlər görülür.

Bu gün səhər saatlarında Qırğızıstan tərəfi Tacikistanın sərhəd kəndini atəşə tutduğunu bildirmişdi.

Bu gün həmçinin iki ölkə prezidentləri arasında da telefon danışığı olub.

Xəbər lenti

Xəbər lenti