...

Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq

Dünya xəbərləri Materials 6 May 2021 16:32 (UTC +04:00)
Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası parlament seçkilərinə təkbaşına qatılacaq

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, N.Paşinyan digər siyasi qüvvələrlə blok yaratmayacaq.

Parlamentdəki “Maariflənmiş Ermənistan” və “Çiçəklənən Ermənistan” müxalifət partiyaları isə baş nazir vəzifəsinə namizədlərini irəli sürməyəcəklərini artıq bildiriblər.

Mütəxəssislər hesab edir ki, Paşinyanın seçkilərdə əsas rəqibləri keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın siyasi blokları olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti