Bakı. Trend:
Kolumbiyada etiraz aksiyalarında iştirak edən təxminən 550 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə La FM radiostansiyası ölkənin insan hüquqları üzrə müvəkkili aparatının verdiyi məlumata istinadən bildirib.
Məlumata əsasən, 28 apreldən 7 maya qədər 548 nəfər itkin düşdü. Etiraz və iğtişaşlar zamanı ölənlərin sayı 26-ya çatıb.
Qeyd edək ki, Kolumbiyada 28 apreldən etibarən vergi islahatlarına qarşı nümayişlər keçirilir. İğtişaşlar Boqota, Kali, Medellin və digər şəhərlərdə baş verib.