...

Sakit okeanda 5,7 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 7 İyun 2021 05:32 (UTC +04:00)
Sakit okeanda 5,7 bal gücündə zəlzələ olub

Bakı. Trend:

Kermadek arxipelaqı (Yeni Zelandiyaya daxildir) yaxınlığında Sakit okeanda 5,7 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri 2,4 min nəfər əhalisi olan Nukualofa (Tonqa Krallığının paytaxtı) şəhərindən 737 km cənubda olub. Təkanların ocağı 30 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti