...

Fransada koronavirusla əlaqədar xəstəxanada müalicə alan vətəndaşların sayı 10 mindən aşağı düşüb

Dünya xəbərləri Materials 24 İyun 2021 02:26 (UTC +04:00)
Fransada koronavirusla əlaqədar xəstəxanada müalicə alan vətəndaşların sayı 10 mindən aşağı düşüb

Bakı. Trend:

Fransada koronavirusla əlaqədar xəstəxanada müalicə alan şəxslərin sayı ötən ilin oktyabr ayından ilk dəfə 10 min nəfərdən aşağı düşüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında "Sante publique France" monitorinq agentliyindən bildiriblər.

Məlumata əsasən, Fransada koronavirusla əlaqədar xəstəxanada müalicə alan şəxslərin sayı 9 771 nəfər təşkil edir. Ötən gün bu rəqəm 10 046 nəfərə bərabər olub.

Qeyd edilir ki, ötən sutka ölkədə koronavirusa 2 320 nəfər yoluxub, 33 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti