...

İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri istefa etdiyini açıqladı

Dünya xəbərləri Materials 1 İyul 2021 08:32 (UTC +04:00)

Bakı. Trend:

İsrail Nazirlər Kabinətinin Milli Təhlükəsizlik üzrə məsləhətçisi və ölkənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəhbəri Meir Ben-Şabbat İsrail Baş Naziri Naftali Bennetti bu yayın sonunda istefa edəcəyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Baş nazirin mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunub: "Milli Təhlükəsizlik üzrə məsləhətçi və MTŞ rəhbəri Meir Ben-Şabbat 30 iyun axşamı Baş nazir Naftali Bennettə bu vəzifədə dörd il çalışdıqdan sonra istefa etmək istəyi barədə məlumat verdi. M.Ben-Şabbat vəzifəsində 2021-ci ilin avqust ayının sonuna qədər qalacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti