...

Haitidə təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya xəbərləri Materials 3 İyul 2021 22:21 (UTC +04:00)

Bakı. Trend:

Haitidə yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza ölkənin paytaxtı Port-o-Prensa şəhərindən cənubda baş verib.

Məlumata əsasən, təyyarənin göyərtəsində 6 nəfər olub və qəza nəticəsində onların hamısı ölüb.

Hazırda qəzanın səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti