...

Rusiyada "Sputnik V" vaksininin yeniyetmələr üzərində sınaqları başlayıb

Dünya xəbərləri Materials 5 İyul 2021 14:24 (UTC +04:00)
Rusiyada "Sputnik V" vaksininin yeniyetmələr üzərində sınaqları başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Moskvada koronavirusa qarşı "Sputnik V" vaksininin yeniyetmələr üzərində sınaqları başlayıb.

Trend-in məlumatına görə, sınaqlarda 12-17 yaş arası şəxslər iştirak edəcək.

Hazırda sınaqlarda iştirak edən könüllülərin müayinəsi aparılır. Prosesdə 100-ə yaxın könüllünün iştirakı planlaşdırılır.

Sınaqlar bir il ərzində davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti