...

Aİ əhalisi pandemiya dövründə azalıb

Dünya xəbərləri Materials 9 İyul 2021 20:07 (UTC +04:00)
Aİ əhalisi pandemiya dövründə azalıb

Bakı. Orxan Nəbiyev - Trend:

2020-ci ildə Avropa İttifaqının əhalisi 447,3 milyon nəfərdən 447 milyonadək azalıb.

Trend-in məlumatına görə, bu barədə Avrostat statistika komitəsi bildirib.

Qeyd olunub ki, son 20 il ərzində Aİ əhalisi, əsasən miqrasiya hesabına artmaqda davam edib. Ötən il isə koronavirus pandemiyasının mənfi təsirləri nəticəsində azalma qeydə alınıb.

Bundan başqa, Aİ əhalisinin qocalmaqda olduğu da deyilir. Regionda 80 və daha çox yaşlı şəxslərin payı 2001-ci ildə 3,4 faizdən 2020-ci ildə 5,9 faizə çatıb.

Mütəxəssislər hesab edir ki, 2080-ci ilədək Aİ əhalisi 419 milyon nəfərədək azalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti