...

Texasda atışmada dörd polis yaralanıb

Dünya xəbərləri Materials 16 İyul 2021 04:33 (UTC +04:00)
Texasda atışmada dörd polis yaralanıb

Bakı. Trend:

Texas ştatının Levellend şəhərində dörd polis əmakdaşı yaralanıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis idarəsinin "Facebook" yayımladığı açıqlamada deyilir.

Məlumata əsasən fərdi evdə barrikadalanan sakin atəş açıb. Hadisə yerinə polisin xüsusi bölmələri cəlb edilib.

İki yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir. Yerli telekanalların verdiyi məlumata görə, yaralanan polislərdən biri artıq öldü, lakin məlumat rəsmi olaraq təsdiqlənməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti