...

Braziliyada elektrik dirəyinin aşması 7 nəfərin ölümünə səbəb oldu

Dünya xəbərləri Materials 17 İyul 2021 05:50 (UTC +04:00)

Bakı. Trend:

Braziliyanın şimalındakı Para ştatında tikilməkdə olan elektrik dirəyinin aşması nəticəsində azı 7 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Trend-in "G1" portalına istinadən verdiyi məlumata görə, qəza baş verən zaman hadisə yerində 26 nəfər olub. Qəza zamanı 6 nəfər hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb.

Bildirilir ki, xəsarət alanlara tibbi yardım göstərilir, onların vəziyyətləri barədə məlumat verilmir.

Hazırda digər xəsarət alanların axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti