...

İsraildə 5-11 yaşlı uşaqların xüsusi hallarda peyvənd olunmasına icazə verilib

Dünya xəbərləri Materials 28 İyul 2021 00:18 (UTC +04:00)

Bakı. Trend:

İsrailin Səhiyyə Nazirliyi poliklinika və xəstəxanalara 5-11 yaşlı uşaqların xüsusi hallarda koronavirusa qarşı peyvənd edilməsinə icazə verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, 5-11 yaşlı uşaqları yalnız koronavirusun ağır formasının inkişafı və yeni ştammlara yoluxma zamanı ölüm riskinin olduğu hallarda peyvən etmək olar:

"Yüksək risk qrupuna aid olan uşaqların peyvənd olunmasının tövsiyəsi ilə kifayətlənmək nəzərdə tutulur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti