...

Kermadek adaları sahillərində güclü zəlzələ olub

Dünya xəbərləri Materials 2 Avqust 2021 08:21 (UTC +04:00)
Kermadek adaları sahillərində güclü zəlzələ olub

Bakı. Trend:

Sakit okeanın cənub hissəsində yerləşən Kermadek adaları sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

Trend-in Avstraliya Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, bir neçə 5,4 - 5,6 bal gücündə yeraltı təkanlar Yeni Zelandiyanın Şimal adasından 800 kilometr şimal-şərqdə yerləşən Raul adasının şərqində qeydə alınıb. Zəlzələ ocağı 26 kilometr dəinrlikdə yerləşib.

Sunami təhlükəsi barədə xəbərdarlıq verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti